Bərdə regional ədliyyə idarəsində növbəti seminar-müşavirə keçirilib
Bələdiyyə
üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə avqustun 15-də Ədliyyə
Nazirliyinin Bərdə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Bərdə rayonu ərazisində
yerləşən bələdiyyələrin sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı
ilə seminar-müşavirə keçirilib.
Seminarda “Bələdiyyələrin
seçki hüquqlarının həyata keçirilməsi istiqamətində qanunvericiliyin tələbləri”,
“Növbəti bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə fəaliyyəti ilə bağlı bütün
sənədlərin, möhür və ştampların yeni bələdiyyə sədrinə təhvil verilməsi”,
“Yerli büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən xarakterik
pozuntular və onların qarşısının alınması” mövzuları üzrə seminar iştirakçılarına ətraflı məlumat
verilib və fikir mübadiləsi aparılıb.
Həmçinin tədbir
çərçivəsində korrupsiyaya
şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə
müvafiq tədbirlərin görülməsinin zəruriliyi seminar iştirakçılarının nəzərinə
çatdırılıb.
Rəylər
0 Rəy